e2c920a5-9120-4580-af4b-e57a0ea1ec4a..jpg

“Qarabağ”ın Norveçə səfər proqramı müəyyənləşib

Baxış sayı: 432 dəfə baxılıb.

“Qarabağ”ın Norveçə səfər proqramı müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə
keçirəcəyi səfər oyununun proqramı müəyyənləşib.

Ağdam təmsilçisi qarşılaşmadan bir gün öncə yola düşəcək.

Komandanı Norveçə aparacaq təyyarə noyabrın 29-da, səhər saatlarında havaya
qalxacaq. Həmin gün axşam baş məşqçi Qurban Qurbanov futbolçuları son məşqə
çıxaracaq. Görüşdən dərhal sonra isə komanda Bakıya qayıdacaq.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı
ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.
İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci,
“Molde” isə 3-cü pillədə qərarlaşıb.

Source link