Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli oldu.
ÇıxışYolu.Com xəbər verir ki, Ağdam klubu növbəti mərhələdə İrlandiya çempionu “Dandalk”la qarşılaşacaq.
Sözügedən komanda I təsnifat mərhələsində Latviyanın “Riqa” klubu ilə dueldən qalib ayrılıb.
İrlandiyada baş tutan ilk oyunda qapılara qol vurulmamışdı. Riqada keçirilən cavab görüşündə də 90 dəqiqə qolsuz yekunlaşıb. Tərəflər əlavə vaxtda da fərqlənə bilməyincə, qalibin müəyyənləşdirilməsi üçün penalti seriyasına ehtiyac duyulub.
11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Dandalk” 2-ci təsnifat mərhələsində oynamaq hüququ qazanıb – 5:4.
Qeyd edək ki, ÇL-in II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları isə ayın 30-31-də baş tutacaq. Matçların dəqiq tarixi qarşıdakı günlərdə müəyyənləşəcək.
Püşkə əsasən, “Qarabağ” bu mərhələdəki ilk matçını da səfərdə, cavab oyununu Bakıda keçirməlidir.