“Qarabağ”ın oyunu beş dəqiqə gec başladığı üçün klub cərimələndi

Baxış sayı: 2. 516 dəfə baxılıb.

“Qarabağ”ın oyunu beş dəqiqə gec başladığı üçün klub cərimələndi

AFFA İntizam Komitəsi bəzi qərarlar çıxarıb.

ÇıxışYolu.Com bu qərarlardan diqqət çəkənlərini xəbər verir.

Premyer Liqanın XII turunun “Zirə” – “Sumqayıt” matçında Bakı klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bunun üçün o, bir oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Premyer Liqanın “Səbail” – “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahibi klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir edib. Buna görə o, dörd oyunluq cəzalandırılıb, kluba 3200 manat cərimə verilib.

I divizionun XI turunun “Qarabağ-2” – “Zaqatala” matçında Ağdam komandasının geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan beş dəqiqə gec başlayıb. Buna görə klub 240 manat cərimə olunub.

I divizionun MOİK – “Neftçi-2” matçı başa çatdıqdan sonra klublar arasında qarşıdurma baş verdiyinə görə hər iki klub 240 manat cərimə edilib.

Region Liqasının “Ağsu Siti” – “Araz” (Saatlı) matçının ilk hissəsi bitdikdən sonra qonaq komandanın məşqçisi Şahmar Abdullayev hakimlər briqadasını təhqir edib. Meydandan kənarlaşdırılmış Abdullayev buna görə beş oyunluq cəzalandırılıb.

U-13 Liqasının “Təbriz” TİM – “Kəpəz” (Gəncə) matçında meydan sahibi komandasının heyətində lisenziyası olmayan futbolçu iştirak edib. Buna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Sabirabad” – “Təhsil” RİM matçında qonaq komandanın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasının “İsgəndər Cavadov” BFA – ROİL matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Şirvan” – “Sabirabad” matçında qonaq komandanın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasının UGİM (Xaçmaz) – “Keşlə” matçında Bakı komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz” – “Yasamal” matçında qonaq klubun rəhbəri Orxan Allahverdiyev rəqib komandanı təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. O buna görə beş oyun cəza alıb.

Futzal üzrə Azərbaycan çempionatının I Liqasının “Yasamal” FK B – “Standard” matçında meydan sahibləri iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com