“Qarabağ”ın qapıçısı qurtarış sayına görə ilk üçlükdə yer alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ”ın üzvü Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox
qurtarış edən qapıçılardandır.
“Report”un məlumatına görə, 32 yaşlı qolkiper 5 qarşılaşmada 23 seyvlə yadda
qalıb.
Rusiyalı futbolçu bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.
Kipr təmsilçisi “Aris”in braziliyalı qapıçısı Vana (30) bu statistikada
liderdir. Polşanın “Rakuv” klubundan Vladan Kovaçeviç (27) ikinci sıradadır.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken”
klubunu 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin
pley-offuna vəsiqə qazanıb.