36f0fcb5-c656-4517-abb3-b8dd595c0500..jpg

“Qarabağ”ın rəqibi Bundesliqada unikal göstəriciyə imza atıb

Baxış sayı: 528 dəfə baxılıb.

“Qarabağ”ın rəqibi Bundesliqada unikal göstəriciyə imza atıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan
Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso Bundesliqada unikal
göstəriciyə imza atıb.

Cixisyolu.com xəbər verir ki, komandası onun rəhbərliyi altında keçirdiyi ilk 50
görüşün 33-də qələbə qazanmaqla bunu reallaşdırıb.

İspaniyalı mütəxəssis Bundesliqa tarixində ilk 50 matçında ən çox qalibiyyət
sevinci yaşayan üçüncü çalışdırıcı olub. O, yalnız “Bavariya”nın sabiq baş
məşqçiləri Hans-Diter Flik və Pep Qvardioladan geri qalır. Flik təyinatından
sonrakı 50 qarşılaşmanın 40-da, rekordçu Qvardiola isə 42-də qələbəyə sevinib.

Qeyd edək ki, “Bayer 04” hazırda 64 xalla Bundesliqaya başçılıq edir.
Leverkuzen təmsilçisi növbəti oyununu martın 7-də Bakıda “Qarabağ”a qarşı
keçirəcək.

Source link