204bfa22-edd6-444b-bfed-827ab126ee36..jpg

“Qarabağ”ın rəqibi daha bir futbolçu transfer edib

Baxış sayı: 621 dəfə baxılıb.

“Qarabağ”ın rəqibi daha bir futbolçu transfer edib

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan
Sloveniyanın “Olimpiya” klubu növbəti futbolçu transferini açıqlayıb.

Lyublyana təmsilçisinin rəsmi “Facebook” səhifəsində paylaşdığı məlumatda
bildirilib ki, ölkə çempionu yerli “Alyuminiy”dən Marko Bresti heyətinə qatıb.

Onun müqaviləsinin müddəti 2026-cı ilədək nəzərdə tutulub. “Olimpiya” ötən gün
Redi Kasanı transfer edib.

Qeyd edək ki, “Qarabağ” səfərdə gerçəkləşən ilk matçda rəqibini iki cavabsız
qolla üstələyib. Cavab görüşü bu gün saat 20:00-da başlayacaq.

Source link