c6c510fc-de85-4e83-81bd-d8e8c300c7ee..jpg

“Qarabağ”ın sabiq braziliyalısı: “Komandanın “Gent”i keçmək şansı yüksəkdir”

Baxış sayı: 3. 912 dəfə baxılıb.

“Qarabağ”ın sabiq braziliyalısı: “Komandanın “Gent”i keçmək şansı yüksəkdir”

“Qarabağ”ın bu mərhələdə “Gent”i keçmək şansı yüksəkdir”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias bu
komandanın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”
önündə şanslarını dəyərləndirərkən deyib.

38 yaşlı braziliyalı keçmiş hücumçu Azərbaycan təmsilçisinin bu cütlükdə daha
üstün olduğunu düşünür:

“Qarabağ” bu mərhələyə qədər gəlibsə, meydana da elə-belə çıxmayacaq. Əminəm
ki, məqsədləri növbəti raunda yüksəlməkdir. Komandanın oyun üslubu, gücü bunu
bacaracaq səviyyədə olduğundan xəbər verir. Məncə, şans rəqibdən heç də az
deyil, bəlkə də çoxdur”.

2014/2015 mövsümündə “Qarabağ”ın formasını geyinmiş Dias qış fasiləsində
həmyerlisi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna transfer olunmasına da
münasibət bildirib.

Onun fikrincə, bu amil Ağdam klubuna mənfi təsir göstərməyəcək:

“Kadi “Qarabağ” üçün önəmli sima idi. Amma onun yoxluğunun bu komandanın
gücünü zəiflədəcəyinə inanmıram. Orada komanda oyunu və sistem əsas rol
oynadığından, gedənlərin boşluğunu asanlıqla doldura bilirlər”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək
“Qarabağ” – “Gent” görüşü saat 21:45-də başlayacaq.

Source link