4b7b8ae4-872a-4fa9-8b63-077a7eea54b2..jpg

“Qarabağ”ın sabiq futbolçusu: “İstədikləri oyunu göstərsələr, Norveçdə qələbə qazana bilərlər”

Baxış sayı: 500 dəfə baxılıb.

“Qarabağ”ın sabiq futbolçusu: “İstədikləri oyunu göstərsələr, Norveçdə qələbə
qazana bilərlər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstədikləri oyunu nümayiş etdirə bilsələr, Norveçdə qələbə qazana bilərlər”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov
“köhlən atlar”ın bu gün Norveçdə “Molde”yə qarşı keçirəcəyi UEFA Avropa
Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.

35 yaşlı sabiq yarımmüdafiəçi ölkə çempionunun Vətənə istədiyi nəticə ilə
qayıda biləcəyini vurğulayıb:

“Komanda bunun üçün öz oyununu göstərməlidir. “Qarabağ”ı çox ağır qarşılaşma
gözləyir. Hər iki kollektivin 6 xalı var və növbəti mərhələyə iddialıdırlar.
Çox gərgin matç olacaq”.

Hazırda “Araz-Naxçıvan”da məşqçi kimi fəaliyyət göstərən Ə.İsmayılov başqa
mühit və stadionun futbolçulara çətinlik yarada biləcəyini söyləyib:

“Amma artıq komanda bu cür çətinlikləri kifayət qədər görüb. Hər il bundan da
iddialı rəqiblərlə üz-üzə gəliblər və öz dəst-xətləri var. Heç-heçə haqqında
fikirləşmələrini istəmirəm. Belə düşüncədə olsalar, çətin olacaq. Heç-heçəyə
oynasalar, dözə bilməyəcəklər. İstədikləri futbolu sərgiləsələr, qələbə qazana
bilərlər. Çünki “Qarabağ” əks-hücumlara yaxşı çıxır və matçın taleyini həll edə
biləcək futbolçuları var. Fərqlənmək üçün şanslar mütləq olacaq, bunlardan
istifadə etməliyik”.

Qeyd edək ki, bu gün reallaşacaq “Molde” – “Qarabağ” görüşü Bakı vaxtı ilə
saat 00:00-da başlayacaq.

Source link