868b7f55-5dae-4528-bd5d-cf5255f548d1..jpg

“Qarabağ”ın sabiq futbolçusu: “Komanda ikinci yerlə qrupdan çıxacaq”

Baxış sayı: 565 dəfə baxılıb.

“Qarabağ”ın sabiq futbolçusu: “Komanda ikinci yerlə qrupdan çıxacaq”

“Düşünürəm ki, “Qarabağ” ikinci yerlə qrupdan çıxacaq”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Bəxtiyar Musayev
Ağdam klubunun UEFA Avropa Liqasındakı şanslarını dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssis Azərbaycan çempionunun qrupun ilk turunda Norveç klubu
“Molde”yə qalib gəldiyi (1:0) görüşdəki performansından məmnun qalıb:

“Oyunu stadiondan izlədim, möhtəşəm ab-hava var idi. “Qarabağ”ın ikinci yer
uğrunda mübarizədə əsas rəqibi məhz “Molde”dir. Norveç təmsilçisi ümumilikdə
yaxşı komandadır. Taktiki, texniki və fiziki cəhətdən hazırlıqlı görünürlər.
“Qarabağ” önündə aciz qalması “Molde”nin zəif olmasından xəbər vermir. Sadəcə,
“Qarabağ” möhtəşəm idi, rəqibə imkan vermədi”.

Veteran futbolçunun fikrincə, “Qarabağ” hələ ideal formasında deyil:

“Fikrimcə, qrupda mübarizə son tura kimi davam edəcək. “Qarabağ”ın
futbolçularının mövsümün startında fiziki durumları istənilən səviyyədə
deyildi. Bu da normaldır. Oyundan-oyuna daha yaxşı olacaqlar. Əlbəttə ki,
“Qarabağ”ın qrupu birinci pillədə başa vurmasını istəyirik. Ancaq bu, çox çətin
görünür. Ən azı ikinci yeri tutmaq şansları yüksəkdir”.

B.Musayev Almaniyanın “Bayer 04” klubunun H qrupunda sürprizə imkan
verməyəcəyini proqnozlaşdırıb:

“Məncə, qrupun mübahisəsiz lideri “Bayer 04” olacaq. Onlar Almaniya
çempionatında da inamla çıxış edirlər. Xabi Alonso gözəl kollektiv
formalaşdırıb. “Hakken”in qapısından 4 cavabsız top keçirməklə favorit
olduqlarını bir daha göstərdilər”.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün
“Qarabağ” İsveçdə “Hakken”in, “Bayer 04” isə Norveçdə “Molde”nin qonağı olacaq.

Source link