“Qarabağ”ın sabiq futbolçusu “Sumqayıt”ın baş məşqçisi oldu

Baxış sayı: 2. 034 dəfə baxılıb.

“Qarabağ”ın sabiq futbolçusu “Sumqayıt”ın baş məşqçisi oldu

Ayxan Abbasov “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunub. 

ÇıxışYolu.Com xəbər verir ki, adıçəkilən mütəxəssislə gələn mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Abbasov futbolçu karyerası dövründə “Xəzri”, “Şəfa”, MOİK, “Turan” və “Qarabağ” kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə “Zirə”nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib. 

Onun rəhbərliyi altında adıçəkilən klub 2016/2017 mövsümünü IV pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (altı qələbə, altı heç-heçə, iki məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də “Zirə” ilə mövsümü IV pillədə tamamlayıb (12 qələbə, səkkiz heç-heçə, səkkiz məğlubiyyət).

Xatırladaq ki, “Sumqayıt” iki gün əvvəl Nazim Süleymanovla müqaviləyə xitam verdiyini açıqlamışdı.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com