cb3134c6-8d44-408b-ae1a-d40b0635b4b8..jpg

“Qarabağ”ın sabiq qapıçısı “Çelsi”nin transfer siyasətini tənqid edib

Baxış sayı: 542 dəfə baxılıb.

“Qarabağ”ın sabiq qapıçısı “Çelsi”nin transfer siyasətini tənqid edib

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərənin “Çelsi” klubunun
transfer siyasətini tənqid edib.

“Report” “Goal” nəşrinə istinadən xəbər verir ki, hazırda İngiltərə
Çempionşipində QPR-in formasını geyinən 36 yaşlı qolkiper London təmsilçisinin
bir neçə oyunçusunu tanımadığını bildirib.

Bosniya və Herseqovinadan olan oyunçu bəzi keçidlərin ona qəribə gəldiyini
söyləyib:

“Əgər siz Moyses Kaysedo üçün 115 milyon xərcləyirsinizsə, şübhəsiz, Deklan
Rays (Arsenal) üçün 120 milyon ödəyə bilərsiniz. Deklanı şəxsən tanımıram, onun
“topçular”da oynamaq istəmədiyini də demirəm. Amma məncə, o, “Çelsi”yə də
getmək istəyərdi. Onu komandadakı yeni transferlərdən üstün tuturam”.

“Çelsi” yay transfer dönəmində oyunçu transferlərinə 464 milyon avro xərcləyib
və dünyada bu göstəriciyə görə liderdir. “Zadəganlar” Premyer Liqada 4 turdan
sonra 4 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2015-2017-ci illərdə “Çelsi”nin uğurları üçün çalışan Asmir
Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.

Source link