“Qarabağ”ın sabiq qapıçısı Anton Kanibolotski özünə yeni komanda tapıb.
ÇıxışYolu.Com xəbər verir ki, ukraynalı qolkiper Polşanın “Medz” klubu ilə anlaşıb.
Ötən mövsüm başa çatdıqdan sonra “Qarabağ”la yollarını ayıran otuz yaşlı qolkiper Polşa yüksək liqasının debütantı ilə münasibətləri rəsmiləşdirib. Yeni klubunda tibbi müayinədən keçən Kanibolotski ardından iki illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Anton Kanibolotski “Qarabağ”a ötən ilin yayında Donetsk “Şaxtyor”undan keçmişdi. O, Azərbaycan Premyer Liqasında cəmi altı oyunda meydanda olub.