“Qarabağ”ın sponsoru araya girdi: Oyun yayımlana bilər

Baxış sayı: 2. 845 dəfə baxılıb.

“Qarabağ”ın sponsoru araya girdi: Oyun yayımlana bilər

Məlum olduğu kimi, bu gün baş tutacaq “Kukesi” – “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.

ÇıxışYolu.Com xəbər verir ki, azarkeşlərin istəyini nəzərə alan klub rəhbərliyi və sponsoru “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalı ilə danışıqlara başlayıb. 

Hazırda danışıqlar davam edir. İlk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın “Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com