f9cae024-d719-4597-abc6-dc8fdda8a8c8..jpg

“Qarabağ”ın stadionunda oturacaqlar niyə təmizlənmir? – Klubdan azarkeşlərin tənqidlərinə cavab – FOTO

Baxış sayı: 782 dəfə baxılıb.

“Qarabağ”ın stadionunda oturacaqlar niyə təmizlənmir? – Klubdan azarkeşlərin
tənqidlərinə cavab – FOTO

“Qarabağ”ın ev oyunlarının keçirdiyi “Azersun Arena”nın “F1” sektorunda
oturacaqların təmizlənməməsi azarkeşlərin narazılığına səbəb olub. Komandanın
“Səbail”ə qarşı keçirdiyi Premyer Liqanın XXVI tur oyunu (3:0) zamanı çəkilən
fotolar sosial şəbəkələrdə paylaşılıb və klub biletləri 10 manata satılan
tribunanın vəziyyətinə görə tənqid olunub.

Məsələ ilə əlaqədar Ağdam təmsilçisinin mövqeyini öyrəndik. “Qarabağ”ın
mətbuat xidmətinin rəhbəriGündüz Abbaszadə Cixisyolu.com saytına açıqlamasında
bildirib ki, oyunlar arasında az vaxt olduqda bəzən belə hallar yaşanır:

“Hər oyundan əvvəl çalışırıq ki, bütün oturacaqlar təmizlənsin. Bəzən matçlar
arasında vaxt az olduqda çatdırmaq olmur. Azarkeşlərin etirazını, narahatlığını
çox gözəl başa düşürük. Çalışacağıq ki, qarşıdakı oyunlarda bu hallar bir daha
təkrarlanmasın”.

Faiq Tahirov

Source link