2d2755b6-997e-4d34-9ae5-c79055c3d0b9..jpg

“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb

Baxış sayı: 481 dəfə baxılıb.

“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən
beynəlxalq turnirdə ikinci oyununu keçirib.

Cixisyolu.com Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir
ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” adlı turnirin B qrupunda mübarizə
aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”i ilə
qarşılaşıb.

İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci
qələbəsini qazanıb.
“Qarabağ” bu dəfə də rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur
Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli fərqlənib.

Qeyd edək ki, komanda qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə
qarşılaşacaq.

Source link