“Qarabağ”ın Xankəndidəki oyununa azarkeşlər aparılıcaq – QƏRAR VERİLDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ”ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsində MOİK-lə
Xankəndi şəhərində keçirəcəyi görüşü ilə bağlı bəzi yeniliklər məlum olub.
APA xəbər verir ki, bu görüşdə azarkeşlərin iştirakı sual altında idi. Artıq
bu məsələyə də aydınlıq gəlib. Xankəndi şəhər stadionunda azarkeşlər də öz
yerini tutacaqlar.
Bu matça azarkeşlərin aparılmasına da qərar verilib. Amma hələlik azarkeşlərin
tam sayı konkretləşməyib. Oyuna nə qədər biletin satışa çıxarılacağı və bunun
necə həyata keçiriləcəyi tam dəqiqləşməyib.
“Qarabağ” – MOİK qarşılaşmasına bilet satışının yaxın vaxtlarda elan oluna
biləcəyi gözlənilir.