164acfb9-6373-4e54-a79c-bf0d3f60b87d..jpg

“Qarabağ”ın yarımmüdafiəçisi həftənin ən yaxşı futbolçusu adına namizəd olub – FOTO/VİDEO

Baxış sayı: 3. 383 dəfə baxılıb.

“Qarabağ”ın yarımmüdafiəçisi həftənin ən yaxşı futbolçusu adına namizəd olub –
FOTO/VİDEO

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin
ən yaxşı futbolçusu və həftənin ən yaxşı qolu bəlli olub.

Cixisyolu.com xəbər verir ki, həftənin ən yaxşı futbolçusu adına namizədlər
siyahısında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

28 yaşlı monteneqrolu oyunçu ilə yanaşı İtaliya “Fiorentina”sından Luka Yoviç,
Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya və Türkiyənin “Trabzonspor”
komandasından Trezege bu ada iddia edirlər.

Yankoviç Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri matçda
məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi
dəqiq alınıb.

Həftənin ən yaxşı qolu adına namizədlər siyahısında isə “Qarabağ”ın futbolçusu
Leandro Andradenin Bakıda Belçikanın “Gent” klubuna vurduğu dəqiq zərbəsi də
yer alıb.

Qeyd edək ki, “Qarabağ” və “Gent” komandaları arasındakı cavab qarşılaşması
fevralın 23-də Belçikada olacaq.


Source link