“Qarabağ”ın zədəli qapıçısı bir həftədən sonra məşqlərə başlayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Bayer 04” ilə oyununda
zədələnən “Qarabağ”ın qapıçısı Andrey Lunyovun son durumu bəlli olub.
“Köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev “Report”a açıqlamasında 32 yaşlı
qolkiperin müalicəsinin davam etdiyini bildirib.
“Zədələndiyi günün ertəsi MRT olundu. Həkimlər bildirdilər ki, 10 gündən sonra
yüngül məşqlərə başlayacaq. Artıq bunun üzərindən 3 gün keçib. Lunyovun bir
həftədən sonra yüngül məşqlərə start verəcəyini deyə bilərik. İlkin diaqnoz
belədir. Komanda istirahətdədir. Kollektiv toplaşdıqdan sonra ümumi vəziyyətin
necə olduğunu daha dəqiq biləcəyik”, – deyə klub rəsmisi vurğulayıb.
Qeyd edək ki, görüş “köhlən atlar”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçı sona qədər davam etdirə bilməyən Lunyovu 85-ci dəqiqədə Luka Quqeşaşvili
əvəzləyib.