c0019313-e69e-4481-b855-46b6a9278c09..jpg

“Qarabağ”ın zədəliləri Almaniyada əməliyyat olunacaqlar

Baxış sayı: 1. 080 dəfə baxılıb.

“Qarabağ”ın zədəliləri Almaniyada əməliyyat olunacaqlar

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Abbas Hüseynov
yaxın günlərdə əməliyyat olunacaq.

Bu barədə “Report”a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə
açıqlama verib.

Onun sözlərinə görə, cərrahi müdaxilə Almaniyada baş tutacaq:

“Şahruddin yaxın 1-2 gündə, Abbas isə yanvarın 25-dən sonra Almaniyaya yola
düşəcək”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin qolu sınıb, Abbas Hüseynov isə
dizindən zədə alıb.

Source link