“Qarabağ”la oyunun qəhrəmanı: “Azərbaycan komandası alqışalayiqdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan komandası alqışalayiqdir”.
Bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Patrik Şik “Qarabağ”a 3:2
hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab
oyunu barədə danışarkən deyib.
2 qol vuraraq qarşılaşmanın qəhrəmanı olan çexiyalı hücumçu əlavə edilmiş
dəqiqələrdə dubla imza atdığı üçün xoşbəxt olduğunu bildirib.
Şik ağır mübarizə getdiyini bildirib: “Çətin, həyəcanlı oyun oldu. “Qarabağ”
Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu,
işimizi çətinləşdirdi. Ancaq qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Bu, təsadüf
deyil. Cari mövsüm artıq dörd və ya beşinci dəfədir ki, bu formada geridönüş
edirik. İnanılmaz dərəcədə komanda ruhumuz var. Son dəqiqədə vurulan həlledici
qol həmişə emosionallıq gətirir. Eyni formada davam etməliyik”.
Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer
04” 1/4 finala adlayıb.