Stenford universitetinin tibb məktəbinin alimləri qaraciyər hüceyrələrində telomeraza fermentinin fəallığının xəfifcə artırılmasının, bu orqanın reqenerasiyasına yol açdığını müəyyən edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “EurekAlert” saytında pres-reliz dərc olunub.
Alimlər qeyd olunan metodun, sirroz və qaraciyər hüceyrələrinin qocalmasına qarşı preparatlar hazırlamağa imkan verdiyini düşünür.
Telomeraza telomerin (hüceyrələrin parçalanması zamanı qısalan xromosomun kənar sahələri) ölçüsünün həddindən artıq kiçilməsinə əngəl olan zülal kompleksini təmsil edir.
Telomerlərin DNT-sində zülalların aminturşulu uzlaşmaları kodlaşmadığından, bu sahələr bir növ qoruyucu funksiyanı yerinə yetirərək, genlərin zədələnməsinin qarşısını alır.
Telomerlərlərin qısalması insan orqanizmində hüceyrələrin qocalmasına təkan verən əsas faktorlardan hesab edilir.
Məsələn, telomerazların fəalllığına əngəl olan mutasiyalar, gəmiricilərdə və insanlarda sirroza səbəb olur. Habelə izafi fəallıq da, əksər hallarda qara ciyərdə xərçəngli şişlərin meydana gəlməsinə yol açır.
Alimlər siçanlarda bütün qaraciyər hüceyrələrinin 3-5 faizinin külli miqdarda telomeraz hasil etdiyini, ancaq gündəlik metabolizmdə iştirak edən genlərin daha az aktiv olduğunu müəyyənləşdirib.
Bu hüceyrələr qaraciyər üzrə bərabər şəkildə paylanıb və orqan zədələnən zaman çoxalmağa başlayaraq, yeni toxuma formalaşdırır.
Alimlər araşdırmanın qaraciyəri cavanlaşdırmağa imkan verən preparatların hazırlanmasına kömək olacağını hesab edir.