Qaraçuxur qəsəbəsinin bərbad yolu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu kadrlar hansısa ucqar kənddə deyil, Bakı şəhər mərkəzinə ən yaxın
qəsəbələrdən birində çəkilib.
Xezerxeber.az xəbər verir ki, yağışlı havalarda bu yaşayış məntəqəsində yollar
keçilməz olur, sakinlər acınacaqlı vəziyyətlə üzləşirlər. Xüsusilə piyadalar, o
cümlədən məktəblilər ciddi çətinliklə üzləşirlər.
Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış
massivinin sakinləri deyirlər ki, ötən il baxımsız küçələrin asfaltlanmasına
başlanılıb. Onların da küçəsində bu istiqamətdə müəyyən işlər görülüb. Amma
proses yarımçıq saxlanılıb. Bir ildən artıqdır ki, küçə bu vəziyyətdə qalıb.
Sakinlər iddia edirlər ki, aidiyyəti qurumlara müraciətləri nəticəsiz qalıb.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən küçə onların
balasında deyil. Suraxanı Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, həmin
yolun əsaslı təmiri 2019-2023-cü il proqramına salınıb. Ancaq müəyyən
səbəblərdən hələlik layihə icra olunmayıb.
“Uzunluğu təxminən bir kilometr 400 metr olan həmin küçənin tam şəkildə
asfaltanmasının zəruruiliyi ilə bağlı İcra Hakimiyyəti tərəfindən zəruri
addımlar atılıb və aidiyyəti quruma məlumat göndərilib. Asfaltlanma işlərinin
yaxın müddətdə həyata keçiriləcəyi gözlənilir”, – deyə əlavə edilib.
Daha ətraflı videomaterialda: