4a3e4aae-c9c0-456f-9265-a0e52561a69b..jpg

Qaradağ polisindən ƏMƏLİYYAT: Maşında külli miqdarda narkotik tapıldı – VİDEO

Baxış sayı: 453 dəfə baxılıb.

Qaradağ polisindən ƏMƏLİYYAT: Maşında külli miqdarda narkotik tapıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ rayonunda keçirilən əməliyyat zamanı Lənkəran sakinindən altı kiloqram
marixuana və 700 ədəd metadon həbi aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Səngəçal qəsəbəsi
ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı
və qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini 1992-ci il
təvəllüdlü Fəxrəddin Bağırlı saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi KIA
markalı avtomobildən altı kiloqrama yaxın qurudulmuş marixuana və 700 ədəd
psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb. F.Bağırlı ondan aşkar
olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə
Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul
qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin
digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Source link