7d18d4db-5a67-4751-bc3b-e62b48b16720..jpg

Qaradağ Şüşə zavodunun nizamnamə kapitalı 35 milyon 950 min 630 manatdır

Baxış sayı: 715 dəfə baxılıb.

Qaradağ Şüşə zavodunun nizamnamə kapitalı 35 milyon 950 min 630 manatdır

“Qaradağ Şüşə zavodu”nun nizamnamə kapitalı 35 milyon 950 min 630 manatdır”.

Cixisyolu.com xəbər verir ki, bunu “Qaradağ Şüşə Zavodu”ASC-də mediatur zamanı
jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Səbuhi Qəhrəmanov deyib.

Onun sözlərinə görə, məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 17
milyon 975 min 315 səhm əsasında formalaşıb.

S.Qəhrəmanov sonda qeyd edib ki, qida sektoru üçün şüşə qab istehsal edən
zavodun 209 nəfər işçisi, 14 556 kvadrat metr ərazisi var.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il
tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra
müəssisə və obyektləri özəlləşdirməyə açılıb. Bunlardan biri də “ASK Şüşə”
MMC-dir.

Nəzrin Vahid

Source link