2498e54c-5d1a-4782-96c7-3d7c087b8578..jpg

Qaradağda günəş elektrik stansiyasının tikintisi ilə bağlı 300 hektar ərazi ayrılıb

Baxış sayı: 480 dəfə baxılıb.

Qaradağda günəş elektrik stansiyasının tikintisi ilə bağlı 300 hektar ərazi
ayrılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti 31 may 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə
haqqında” qərarına dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində
yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 hektar
torpaq sahəsi günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan
enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyinə “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik
enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq
elektrik enerjisi istehsalçısının seçilməsi tapşırılıb.

Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya
şöbəsinə həvalə edilib.

Source link