9cd43950-b9c7-4b85-b571-9d704f5edeb4..jpg

“Qaradağ”dan saçılan “Günəş” – FOTOREPORTAJ

Baxış sayı: 660 dəfə baxılıb.

“Qaradağ”dan saçılan “Günəş” – FOTOREPORTAJ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası fəaliyyətini davam etdirir.

Qeyd edək ki, 2022-ci ilin 15 mart tarixində “Gülüstan” sarayında Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin
energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar”
şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş
Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük
günəş elektrik stansiyasıdır.

Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib.
Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk
günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə
110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.

Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550
hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli
quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq
yarımstansiya tikilib.

PhotoStock-un əməkdaşı stansiyadan fotoreportaj hazırlayıb.

Daha çox foto burada: PhotoStock.az

Source link