f45db2ef-a46a-4669-b657-b1b08c529f28..jpg

Qardaşı arvadını öldürən hərbçiyə hökm oxundu

Baxış sayı: 734 dəfə baxılıb.

Qardaşı arvadını öldürən hərbçiyə hökm oxundu

Cəlilabadda qardaşı arvadı və onun tanışı olan kişini öldürən Elşən Məmmədova
hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Məmmədov hərbçi olub, N saylı
hərbi hissədə pulemyotçu kimi xidmət edib. Buna görə də işə Cəlilabad Hərbi
Məhkəməsində baxılıb. Hökmə əsasən, Elşən Məmmədov 20 il müddətə azadlıqdan
məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov evə gələn zaman həyətdə əvvəlcə
qadını saçından tutub, onu çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra
digər şəxsi yumruqlayaraq, bıçaqlayaraq öldürüb.

Source link