cc46ef5b-f3e9-413e-a39c-c8af7f109cb4..jpg

Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”

Baxış sayı: 1. 005 dəfə baxılıb.

Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”

“Kamera görüntülərinə baxmışam, qardaşım atəş açılan zaman çevik davranaraq
həyətə daxil olub və qapını bağlayıb. Hadisə baş verəndə ailəsi evdə olub,
qardaşım özündən çox ailəsinə görə də narahat olub”.

Bu sözləri ötən gecə yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan
deputat Fazil Mustafanın qardaşıİlqar Mustafayev Cixisyolu.com-a açıqlamasında deyib.

O bildirib ki, F.Mustafa evə qayıdarkən tək olub və bu, planlaşdırılmış hücum
olub:

“Tək olub, maşından düşən zaman onu izləyiblər. Qaranlıq olub. Həyətdə dəmir
dirək var, onlar orada pusqu qurub, məqsədyönlü şəkildə qardaşımı gözləyiblər.
Bu, sifarişli hadisədir.

Kamera görüntülərinə silahlı şəxslər düşməyiblər, yalnız Fazilin çevik
davranaraq həyətə girib qapını bağlaması anı var. Cəld qardaşım oğlu Toğrula
zəng edib. Silahdan bir neçə atəş açılıb, xoşbəxtlikdən yan keçib. Həyətə tərəf
qaçarkən iki güllə çiyin və ayaq nahiyəsinə dəyib. Şükür hazırda qardaşımın
vəziyyəti yaxşıdır. Bu hadisəni törədənlər hüquq-mühafizə orqanları tərəfindən
axtarılırlar. İstintaq getdiyi üçün biz qeyri-dəqiq məlumatlar vermək
istəmirik”.

Fazil Mustafanın evinin və ailə yaxınlarının təhlükəsizliyinin təmin
edilib-edilməməsi ilə bağlı suala isə İlqar Mustafayev belə cavab verib:

“Bəli, təhlükəsizlik məqsədilə ölkənin güc strukturları tərəfindən bütün
zəruri tədbirlər görülüb. Təhlükəsizliyimizin tam təminatı üçün hüquq-mühafizə
orqanları, dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər atılıb”.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu
rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Milli
Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında
“Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə
F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib
keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Eyni zamanda o
bu gün çiynindəki yara ilə bağlı ikinci dəfə cərrahi əməliyyata alınıb.

Könül Cəfərli

Source link