da08ff91-8c74-43d6-b319-f5eab4b5546e..jpg

Qardaşı tərəfindən güllələndiyini dedi, yalan çıxdı – HƏBS OLUNDU

Baxış sayı: 663 dəfə baxılıb.

Qardaşı tərəfindən güllələndiyini dedi, yalan çıxdı – HƏBS OLUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) 102 qaynar xətt nömrəsinə zəng edərək qardaşı
tərəfindən güllələndiyini deyən şəxs həbs edilib.

“Qaynarinfo”nun məlumatına görə, Samux rayonu, Aşağı Ağasıbəyli kənd sakini
Cavad Həsrətov (ad-soyad şərti) içki içərək, DİN-nin “102” qaynar xətt
nömrəsinə zəng edib və qardaşı tərəfindən vurulduğunu bildirib.

Sözügedən ünvana polislər cəlb ediliblər və belə bir halın olmadığı
müəyyənləşib. Həmçinin Cavadın sərxoş olduğu müəyyən olunub.

Polis əməkdaşları tərəfindən izahatı alınması üçün polis şöbəsinə dəvət
edilib. Lakin Cavad polis şöbəsinin qarşısında, ictimai yerdə ictimai qaydanın
pozulmasına səbəb olan hərəkətlərə yol verib, polis əməkdaşlarına qarşı nalayiq
ifadələr işlədib, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni
tələblərinə tabe olmayıb.

Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci
maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin
hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətində inzibati həbs edilib.

Source link