Qardaşını güllələyən şəxsin məhkəməsi başlayıb

Qardaşını güllələyən şəxsin məhkəməsi başlayıb

Baxış sayı: 2. 681 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1972-ci il təvəllüdlü Şirxan Məhərrəmovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il oktyabrın 30-da Xızı rayonunun Yarımca kəndində qətl baş verib. 

Münaqişə zəmnində Şirxan Məhərrəmov qardaşı 1966-cı il təvəllüdlü Səmədə ov tüfəngindən atəş açaraq, onu qəsdən öldürüb. Onların arasında uzunmüddətli torpaq münaqişəsi olub. Sonuncu mübahisədə böyük qardaş kiçik qardaşın gülləsinə tuş gəlib. 

Həmin gün Məhərrəmov Xızı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, rayon prokurorluğunda cinayət işi başlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Ş.Məhərrəmov bildirib ki, ittiham aktını almayıb və ittihamla tanış olmayıb. 

Hakim elan edib ki, hazırlıq iclası aprelin 3-də davam etdiriləcək. 

www.ÇıxışYolu.Com