00baf57f-9d20-4230-938d-e280511329d9..jpg

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Baxış sayı: 507 dəfə baxılıb.

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə
göndərilib

İyunun 17-də Biləsuvar rayon sakini 1984-cü il təvəllüdlü Amil Şirqasımovun
qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin
istintaqı yekunlaşıb.

Biləsuvar Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla 1987-ci il
təvəllüdlü Abuzər Şirqasımovun rayonun, Xırmandalı kəndi ərazisində yaşadıqları
evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla
xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Abuzər Şirqasımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən
adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin
qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib

Source link