Qardaşını toyuq üstündə öldürən şəxsə cəza istəniləcək

Qardaşını toyuq üstündə öldürən şəxsə cəza istəniləcək

Baxış sayı: 1. 998 dəfə baxılıb.

Qardaşını toyuq üstündə öldürən şəxsə cəza istəniləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Ağamalı Xaləddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib. Söz ittiham nitqini söyləməsi üçün prokurora verilib.

Lakin prokuror çıxışa hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib. 

Buna görə proses sentyabrın 6-dək təxirə salınıb. 

Qeyd edək ki, ağır cinayət 2018-ci ilin oktyabr ayında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi “Zeytun sovxozu” adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı A.Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı A.Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çoxlu qan itirdiyindən Ə.Kərimov elə hadisə yerindəcə ölüb.

Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib. Hadisə yerinə rayon prokurorluğunun və ərazi üzrə 30-cu Polis şöbəsinin əməkdaşları gəlib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Araşdırma zamanı məlum olub ki, Ə.Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.

Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə A.Kərimovu saxlayıblar. İlkin ifadəsində o, qardaşı ilə toyuqlar üstündə mübahisə etdiyini və hadisənin də bu zaman baş verdiyini etiraf edib.