e01546b5-c94c-4736-ae5c-5ba5cb276d1a..jpg

Qardaşının iş yoldaşına qarşı dələduzluq edən maşın alverçisinə hökm oxundu

Baxış sayı: 620 dəfə baxılıb.

Qardaşının iş yoldaşına qarşı dələduzluq edən maşın alverçisinə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüsal
Kamalovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə
hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, Vüsal Kamalov özgənin külli miqdarda əmlakını etibardan
sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib. Belə ki,
o, 2021-ci ildə iki zərərçəkmişə “Mercedes-Benz”, “Range Rover” və BMW markalı
avtomobilləri real dəyərindən ucuz qiymətə satacağına dair yalandan vəd verib.
O bu yolla həmin şəxslərdən ümumilikdə 60 000 ABŞ dolları məbləğində pul alıb.
Daha sonra təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyib. Məhkəmə
istintaqında Vüsal Kamalov ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli
bilərək ifadəsində göstərib ki, 30 ildir maşın satışı ilə məşğul olur. O
söyləyib ki, zərərçəkmiş şəxslərdən birini qardaşının vasitəsilə tanıyıb. Yəni
zərərçəkmiş onun qardaşının iş yoldaşı olub. Məhkəmə araşdırması zamanı Vüsal
Kamalov ümumilikdə 60 000 ABŞ dolları məbləğində pul vəsaitini zərərçəkmiş
şəxslərə ödədiyini, onların arasında barışıq əldə edildiyini və nəticədə
zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını
bildirib. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərək törətdiyi
əməldən peşman olduğunu deyərək ona yüngül cəza təyin olunmasını xahiş edib.
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin barəsində polisin
nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Source link