6f40b5d7-7e8f-425c-8622-9fd2e37efbd5..jpg

Qarlı hava Şəmkir-Gədəbəy avtomobil yolunda qismən çətinliklər yaradıb – FOTO

Baxış sayı: 758 dəfə baxılıb.

Qarlı hava Şəmkir-Gədəbəy avtomobil yolunda qismən çətinliklər yaradıb – FOTO

Gədəbəy rayonuna güclü qar yağıb, Şəmkir-Gədəbəy yolunun Slavyanka kənd
ərazisində keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində qismən
çətinliklər yaranıb.

“Report”un məlumatına görə, yol təsərrüfatı işçiləri ərazilərə səfərbər olunub
və yolda növbəli şəkildə zəruri işlər görməyə başlayıblar.

Hazırda yolun sərt döngələri və buz bağlamış hissələri duz qarışıq qumlama
işləri aparılır.

Qeyd edək ki, Qərb bölgəsinin digər dağlıq rayonlarında da qarlı hava şəraiti
müşahidə olunur.

Source link