Qarqarçaydan sel keçir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son günlər ölkə ərazisində havanın yağışlı keçməsi səbəbindən çaylarda sululuq
artıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, ötən günlərdə Qarabağın dağ və dağətəyi
ərazilərində yağışlı hava şəraiti mənbəyini Qarabağ dağlarından götürən
Qarqarçaya sel sularının gəlməsinə səbəb olub. Hazırda Qarqarçayın Ağdam rayonu
ərazisindən keçən hissəsindən sel suları keçir.