Moskvada güclü külək ciddi fəsadlar törədib.
ÇıxışYolu.Com Rusiya mətbuatına istinadla xəbər verir ki, pis hava şəraiti ilə bağlı yerli sakinlərə bir neçə gün əvvəl xəbərdarlıq edilib.
Moskva meri Sergey Sobyanin sosial şəbəkə üzərindən məlumat verib ki, bu gün küləyin gücü saniyədə 17-22 metrə çata bilər. Onun xəbərdarlığı düzgün çıxıb. Külək şəhərdə reklam lövhələrini, beton piltələri və ağacları aşırıb.
Belə ki, Savelovsk rayonunun vağzalında qadının üzərinə beton piltə aşıb. O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Bundan başqa, daha bir qadın reklam lövhəsinin altında qalıb.
Xilasedicilər Moskvada bir neçə ağacın aşdığını açıqlayıblar. Xoşbəxtlikdən bu hadisələr zamanı xəsarət alan olmayıb.