İrəvan Dövlət Dram Teatrı Türkiyədən qastroldan qayıdarkən Gürcüstan sərhəddində problemlə üzləşib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Facebook”da teatrın keçmiş aktyoru Elçin Hacı yazıb.
Aktyor bildirib ki, yaranan problemə görə kollektiv on saat sərhəddə gözləyib:
“Türkiyədən qastroldan gələndə teatrın direktoru İftixar Piriyev avtobusa külli miqdarda maşın ehtiyat hissələri alıb vurub.
Heyəti də sərhəddə saxlayıblar ki, nazirlik xətti ilə qastrola getməyinizi başa düşdük. Bəs bu avtomobil ehtiyat hissələri nədir? Teatrın kollektivini on saat sərhəddə saxlayıblar, sonra necəsə həll olunub buraxıblar”.
Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin bir neçə şəhərində tamaşalarla çıxış edib.