1dc9cedc-5bbb-4654-87b2-a9906dcd0dd1..jpg

Qattuzo “Valensiya”nı tərk etdi

Baxış sayı: 658 dəfə baxılıb.

Qattuzo “Valensiya”nı tərk etdi

Cennaro Qattuzo tərəflərin razılığı ilə “Valensiya”nın baş məşqçi postunu tərk
edib.

Məlumata görə, onun istefası ilə bağlı qərar rəhbərliklə uzun sürən söhbətdən
sonra verilib.

Belə ki, 45 yaşlı mütəxəssis heyəti gücləndirmək zərurətində israr edib.

İtaliyalının rəhbərliyi altında İspaniyanın cari çempionatında 18 oyunda 20
xal toplayan klub 14-cü pillədə qərarlaşıb. La Liqada son 10 oyunda komanda
cəmi bir dəfə qalib gəlib, beş dəfə isə uduzub.

Qattuzo 2022-ci ilin iyunundan “Valensiya”ya rəhbərlik edirdi.

Mənbə: sports.ru

Source link