45bd81e3-256d-4f7b-be26-b1ae68ae63e5..jpg

Qax sakini həmkəndlisini bıçaqladı

Baxış sayı: 1. 086 dəfə baxılıb.

Qax sakini həmkəndlisini bıçaqladı

Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.

Cixisyolu.com xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi
ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış
İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Cixisyolu.com-a
bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və
zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq
ekspertiza təyin edilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

İlhamə Əbülfət

Source link