Bu gün axşam saatlarında Qax rayonuna dolu yağıb.
ÇıxışYolu.Com Report-a istinadla xəbər verir ki, şəhər mərkəzinə yağan dolu qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunub.
Sakinlərin sözlərinə görə, dolu təqribən noxud iriliyində olub və 3 dəqiqə yağıb.
Təsərrüfata dəyən ziyan barədə məlumat yoxdur.