16c19776-7c3a-4f83-a26d-7b85b5bef5a4..jpg

Qaxa güclü dolu və leysan yağdı: Elektrik enerjisinin verilişi dayandırıldı

Baxış sayı: 535 dəfə baxılıb.

Qaxa güclü dolu və leysan yağdı: Elektrik enerjisinin verilişi dayandırıldı

Qax rayonuna dolu və leysan yağıb.

“Report”un məlumatına görə, axşam saatlarında rayon ərazisində qeyri-sabit
hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu
düşüb.

Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər
ərazisindən keçən su kanalı daşıb.

Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin
verilişi dayandırılıb. Qax rayon Elektrik Şəbəkəsindən bildirilib ki, şəhər
ərazisində ağacların aşaraq naqilləri qırması nəticəsində qəzalar baş verib.
Qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.

Hazırda rayonda leysan davam edir.

Source link