9a0bd57d-56bc-45fe-a062-8d806df62c08..jpg

Qaxda 44 sm qar yağıb – FAKTİKİ HAVA

Baxış sayı: 832 dəfə baxılıb.

Qaxda 44 sm qar yağıb – FAKTİKİ HAVA

Fevralın 12-13-də ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan yağıntılar 11-i gecə
saatlarından kəsilib.

Qar örtüyünün hündürlüyü Qaxda 44 sm, Ağdərədə (Ordubad) 27 sm, Şəkidə 22 sm,
Xaltanda 14 sm, Qusar, Qrızda 11 sm, Gədəbəydə 8 sm, Qubada, Yardımlıda,
Zaqatala, Şahbuz, Oğuzda, Qobustanda 5 sm olub.

Duman Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı,
Qobustan, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200
metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu fevralın 10-da Bakıda temperatur iqlim normasından
4,3 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron
yarımadasında 2 dərəcəyədək isti, Naxçıvanda 12 dərəcəyədək şaxta, dağlıq
rayonlarda 15-20 dərəcə şaxta, aran rayonlarında 2 dərəcəyədək şaxta olub.

Fevralın 12-13-də ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-ü axşam qısamüddətli yağıntı olacağı,
dağlıq ərazilərdə qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Source link