4d238615-37e1-4ed8-8f45-6983fa169716.webp

Qaxda avtomobil çökəkliyə düşüb, xəsarət alan var

Baxış sayı: 34 dəfə baxılıb.

Qaxda minik avtomobili yol kənarındakı çökəkliyə düşüb, xəsarət alan var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun
Qıpçaq kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Qax rayon İngiloy
Kötüklü kənd sakini Slava Maksimoviç Berikaşvili “Nissan” markalı avtomobillə
hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Berikaşvili Qax Rayon
Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Source link