Qaxda qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan ÇıxışYolu.Com-a verilən məlumata görə, Qax rayonunun Almalı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb.
Belə ki, kənd sakini, əvvəllər məhkum olunmuş Bəşarət Daşdəmirovun Almalı kəndi ərazisindəki meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi ümumi çəkisi 39 kiloqrama yaxın, hündürlüyü 114-178 sm olan olan 145 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.