Qaxda dələduzluq edən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər
əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen
İsgəndərovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan
bildirilib ki, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum
olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları
müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq
ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib,
araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102”
Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.