bd2107b8-404d-4fad-9a8f-aaeb9749a9a1..jpg

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı – FOTO

Baxış sayı: 440 dəfə baxılıb.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi
içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə
polisə məlumat verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 53 yaşlı
Azər Əliyev saxlanılıb.

O, əldə etdiyi maddi vəsaitin bir hissəsini xərclədiyini bildirib. Pulun qalan
hissəsi və sənədlər isə saxlanılan şəxsdən aşkarlanıb.

Qeyd edək ki, A.Əliyev əvvəllər də soyğunçuluq, oğurluq və digər cinayətlərə
görə dəfələrlə məhkum edilib. Sonuncu dəfə isə bir müddət əvvəl paytaxtda
törətdiyi analoji əmələ görə axtarışda olub.

Məhkəmənin qərarı ilə A.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib,
araşdırmalar davam etdirilir.

Source link