355ba652-efa8-4108-a758-f8e5cf3f20b0..jpg

Qaxda mağazalardan pul və “nisyə dəftər”lərini oğurlayan şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 485 dəfə baxılıb.

Qaxda mağazalardan pul və “nisyə dəftər”lərini oğurlayan şəxs saxlanılıb –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax rayonunun Fıstıqlı kəndində bir gecədə iki mağazadan oğurluq edilməsi
barədə polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektlərə daxil
olan naməlum şəxs kassalarda olan ümumilikdə 2 min manata yaxın pulu, danışıq
kartlarını, siqaretləri və “nisyə dəftər”lərini oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz
əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli
bilinən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olduğu üçün məhkum olunmuş Tofiq Mirzəyev saxlanılıb. Saxlanılan şəxs
ifadəsində əməli törətdikdən sonra paytaxta getdiyini, əldə etdiyi pulları
əyləncə mərkəzlərində xərclədiyini bildirib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq
aparılır.


Source link