3021e730-ac19-4a3d-a388-611c157cb5fa..jpg

Qayınatasını diri-diri yandıraraq öldürən şəxs hökmdən narazıdır

Baxış sayı: 506 dəfə baxılıb.

Qayınatasını diri-diri yandıraraq öldürən şəxs hökmdən narazıdır

Bakıda qayınatasını diri-diri yandıraraq öldürməkdə təqsirləndirilən Rövşən
Əhmədovun (soyad şərtidir) barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir
Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədov CM-in 120.2.4.-cü,
120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə
təqsirli bilinib və 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında baş verib.

Belə ki, 43 yaşlı Rövşən Əhmədov arvadı Lamiyə Əhmədovanın (soyad şərtidir)
ona xəyanət etməsindən şübhələnib. Həyat yoldaşı evi tərk edəndən sonra onu
axtarmaq üçün qayınatasıgilə gəlib. İçkili halda qayınatası Mütəllim Tağıyevin
evinə gələn Rövşən onun üzərinə benzin tökərək yandırıb. Nəticədə Mütəllim
Tağıyev ölüb.

Source link