Qayınatasını öldürmək istədi, özü öldü: Abşeronda baş verən qətlin TƏFƏRRÜATI
– YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində baş verən qətl
hadisəsinin təfərrüatı məlum olub.
Hadisə zamanı Elvin Ələkbərov qətlə yetirilib. Onu qətlə yetirməkdə şübhəli
bilinən qayınatası Tahir Tahirov saxlanılıb.
Məlumata görə, Elvin Ələkbərov əlində bıçaqla qayınatasının evinə gəlib və onu
bıçaqlamaq istəyib. Qayınatası isə həmin bıçağı alaraq E.Ələkbərovu qətlə
yetirib. O, elə hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qonşusunun sözlərinə görə, E.Ələkbərov üç ildir evli imiş. Bildirilib
ki, bu müddət ərzində ailəsində heç bir problem yaşanmayıb.
Ətraflı Baku TV-nin süjetində:
16:06
Yanvarın 18-də Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Elvin
Seyidpirəli oğlu Ələkbərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə
polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verilib.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası
1975-ci il təvəllüdlü Tayır İdayət oğlu Tayırov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.