2139603f-25ad-4987-9899-9b1a748db6ff..jpg

Qaz limiti nə vaxt sıfırlanacaq? – Ruslan Əliyev AÇIQLADI

Baxış sayı: 934 dəfə baxılıb.

Qaz limiti nə vaxt sıfırlanacaq? – Ruslan Əliyev AÇIQLADI

“İlin sonunda ən çox müraciətlərdən biri limitlərin sıfırlanması ilə bağlıdır”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş
direktoruRuslan Əliyev “Facebook” səhifəsindəki canlı yayımda vətəndaşların
suallarını cavablandırarkən deyib.

“Smart-kart tipli sayğaclarda 2023-cü il limitindən istifadə 1 yanvar gecə
saat 00:00-dan sonra mümkün olacaq. Söhbət ödəniş terminalında həyata keçirilən
əməliyyatın vaxtından gedir. Bəziləri dekabrın 30-31-i karta vəsait yükləyirlər
və yanvarın 1-i pulu sayğaca yükləyəndə limitin bərpa olunmadığını deyirlər.
Bir daha bildirmək istəyirəm ki, smart-kart tipli sayğacda bunlar ödəniş
etdiyiniz gündən hesablanır. Ona görə də yanvarda karta ödəniş edənlər artıq
2023-cü ilin limitindən istifadə edə biləcəklər. Mexaniki tipli sayğacların
istifadəçiləri üçün isə maksimum çalışırıq ki, sayğacların oxunması yanvarın
7-də başa çatsın”, – deyə o əlavə edib.

Source link